Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının altıncı yarış günü yekunlaşıb.
Olimpnews.az xəbər verir ki, Azərbaycan komandası günü 9 (1 qızıl, 2 gümüş, 6 bürünc) medalla başa vurub. Bununla da komandamızın medallarının sayı 17-yə (2 qızıl, 3 gümüş, 12 bürünc) çatıb.
Komandamız hazırda 6-cı pillədə qərarlaşıb. Siyahının ilk pilləsində ötən gün olduğu kimi Türkiyə yığması qərarlaşıb. Qardaş ölkənin komandasının aktivində 36 (26 qızıl, 6 gümüş, 4 bürünc) medal var. Özbəkistan komandası 4 qızıl, 9 gümüş və 4 bürünc medalla ikinci pilləni ələ keçirib. Aktivində 6 (4 qızıl, 1 gümüş, 1 bürünc) medal olan Nigeriya komandası isə üçüncü pilləni tamamlayır.
Qeyd edək ki, hazırda 22 ölkənin komandası medal qazanıb ki, onlardan da 11-i qızıl medal sevinci yaşayıb.
Ər-Riyad-2025-də medal qazanan ölkələr
Ər-Riyad-2025: Azərbaycan millisi iki pillə gerilədi - MEDAL SİYAHISI


