VII İslam Həmrəyliyi Oyunları Malayziyada keçiriləcək

VII İslam Həmrəyliyi Oyunları Malayziyada keçiriləcək

VII İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək ölkənin adına artıq aydınlıq gəlib. Bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) ikinci vitse-prezidenti Çingiz Hüseynzadə Olimpnews.az saytına müsahibəsində məlumat verib.

MOK rəsmisinin sözlərinə görə, müvafiq qərar Ər-Riyad şəhərində keçirilən İslam Həmrəyliyi İdman Assosiasiyasının (İSSA) 14-cü Baş Assambleyasında qəbul edilib.
“Noyabrın 8-də təşkil olunan Baş Assambleyasında qərara alındı ki, növbəti – VII İslam Həmrəyliyi Oyunları 2029-cu ildə Malayziyada keçiriləcək. Bu Oyunlar müəyyən bir tsiklin finalı kimi dəyərləndirilir və Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında baş tutacaq,” - deyə Çingiz Hüseynzadə qeyd edib.

Qeyd edək ki, hazırda VI İslam Həmrəyliyi Oyunları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilir.