Azərbaycanın boksçusu Səidcəmşid Cəfərov Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında final görüşünə çıxıb.
Olimpnews.az xəbər verir ki, 80 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz Türkiyə təmsilçisi Sultan Osmanlı ilə üz-üzə gəlib. Təmsilçimiz rəqibini məğlub edərək Oyunların qızıl medalını qazanıb.
Boksçumuz VI İslam Həmrəyliyi Oyunlarının qızıl medalını qazanıb


