Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar

Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar

Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına da start verilib.

Olimpnews.az xəbər verir ki, Azərbaycanın iki muaytayçısı Oyunlara uğurla başlayıb. Belə ki, mübarizəyə 1/8 finaldan başlayan Xəyal Əliyev və Səlahəddin Qocazadə ilk görüşü qələbə ilə başa vuraraq adını növbəti mərhələyə yazdırıb. Təmsilçilərimizdən X.Əliyev 60-65 kq çəki dərəcəsində misirli Hüsnü Fəhmi Sayedi nokautla məğlub edib. 65-70 kq çəki dərəcəsində qüvvəsini sınayan S.Qocazadə isə yəmənli Aiham Ahmed Abdo Alavadini birinci raundda texniki nakautla üstələyib. 

Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar Ər-Riyad-2025: Muaytayçılarımız İslamiadaya uğurla başladılar