VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi oyunlarında daha bir yarış gününə yekun vurulub. 

Olimpnews.az xəbər verir ki, Oyunların 9-cu günündə Azərbaycan idmançıları altı idman növündə (stolüstü tennis, ağırlıqqaldırma, karate, muaytay, üzgüçülük və voleybol) mübarizə aparıblar. 

Təmsilçilərimiz günü 1 qızıl, 2 gümüş medalla başa vurublar. Medalları komandamıza karateçimiz və ağırlıqqaldıranımız qazandırıblar. 

Karatenin kumite növündə qüvvəsini sınayan idmançımız İrina Zaretska İslamiadanın qızıl medalına sahib çıxıb. 68 kq çəki dərəcəsində mübarizə aparan idmançımız həlledici görüşdə türkiyəli Eda Eltemuru 5:3 hesabıyla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində yer alıb. 

Ağırlıqqaldırma yarışında isə Dadaş Dadaşbəyli 110 kq çəki dərəcəsində iki hərəkətin cəmində 391 kq (180 kq + 211 kq) nəticə göstərib. Yekunda atletimiz yarışı iki gümüş medalla, komandanın digər üzvü Əli Şükürlü isə oyunları medalsız başa vurub.

VI İslam Həmrəyliyi Oyunları çərçivəsində voleybol yarışları davam edir. Əfqanıstan yığması ilə qarşılaşan komandamız rəqibinə 3-0 (25:7, 25:5, 25:9) hesabı ilə qalib gələrək finala yüksəlib.

Üzgüçülərimizdən qız və oğlandan ibarət fərdi və qarışıq komanda bacarıqlarını göstərib. Lakin təmsilçilərimizin çıxışı uğurlu alınmayıb.

VI İslam Həmrəyliyi oyunları çərçivəsində stolüstü tennis üzrə qarışıq qoşa yarışları keçirilib. Tennisçilərimizdən Adil Əhmədzadə və Mərziyyə Nurmətovadan ibarət cütlüyümuz yarımfinal mərhələsinə vəsiqə qazanıb. Təmsilçilərimiz 1/4 finalda Cibutidən olan rəqiblərinə 3-0 hesabı ilə qalib gəlib. Komandamız bu nəticə ilə ən azı bürünc medalı təmin edib.

Azərbaycan muaytayçıları VI İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti döyüşlərini keçiriblər. Bu gün keçirilən 1/4 final görüşlərində 4 idmançımız mübarizə aparıb. Təmsilçilərimizdən Əli Əliyev 50-55 kq çəki dərəcəsində özbəkistanlı Xasan Salamova 30:27, Xəyal Əliyev isə 60-65 kq çəki dərəcəsində iranlı Masuod Abdolmaleki 30:27 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Digər idmançımız Səlahəddin Qocazadə isə 65-70 kq çəki dərəcəsində qazaxıstanlı Nurtaza Jumaxanovu 29:28 hesabı ilə məğlub edərək adını yarımfinalçılar sırasına yazdırıb. Yeganə xanım muaytayçımız Emili Rzayeva isə 55-60 kq çəki dərəcəsi üzrə yarışlarda türkiyəli Kubra Kocakuşa 18:20 hesabı ilə məğlub olub.

Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq. Hazırda komandamızın aktivində 33 (5 qızıl, 11 gümüş, 18 bürünc) medal var.

VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI VI İslam Həmrəyliyi Oyunları: Azərbaycan idmançıları günü 3 medalla başa vurdular - GÜNÜN YEKUNLARI