Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən taekvondo yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, Azərbaycan taekvondoçuları VI İslam Həmrəyliyi Oyunlarında çıxış ediblər.
Belə ki, taekvondoçumuz Minayə Əkbərova (46 kq) yarımfinalda rəqibi mərakeşli Farah Touzaniyə qalib gələrək finala vəsiqə qazanıb.
Komandamızın digər üzvü Cavad Ağayev (74 kq) isə bürünc medal uğrunda döyüşə çıxacaq.
Qeyd edək ki, taekvondoçularımız Bəhruz Quluzadə (54 kq) və Məryəm Məmmədova (57 kq) Oyunları medalsız başa vurublar.


