Gənclər və idman naziri Fərid Qayıbov Avropa Gimnastika Konqresi ərəfəsində Çexiyanın Milli İdman Agentliyinin sədri Andrey Şebeklə idman sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, görüş zamanı hər iki ölkədə həyata keçirilən irimiqyaslı idman layihələri, qarşılıqlı təlim-məşq toplanışlarının təşkili və idman sahəsində əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.
Həmçinin anti-dopinq sahəsində birgə fəaliyyət imkanları nəzərdən keçirilib.
Görüşdə həmçinin Bakı-2026 "Dünyanın İdman Paytaxtı" çərçivəsində paytaxtımızda keçiriləcək tədbirlərdə Çexiya nümayəndələrinin iştirakı da müzakirə edilib.
Azərbaycan və Çexiya arasında idman sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib


