Madrid təmsilçisi Vinisiusa şərt qoydu

Madrid təmsilçisi Vinisiusa şərt qoydu

Madrid "Real"ının rəhbərliyi braziliyalı futbolçu Vinisiusa və onun agentlərinə yeni müqaviləsinin şərtlərində dəyişiklik etməyəcəklərini bildiriblər. Olimpnews.az "Madrid Zone" X sosial media səhifəsinə istinadən xəbər verir ki, əgər oyunçu mövcud təklifi qəbul etməsə, "Real" onu 2026-cı ilin yayında satışa çıxaracaq.

Qeyd edək ki, 25 yaşlı Vinisius 2018-ci ildən "Real"ın üzvüdür. O, 344 oyunda 111 qol və 90 məhsuldar ötürmə ilə yadda qalıb.