Azərbaycan idmançıları “Mandarin Cup” beynəlxalq turnirində iştirak edəcək

Azərbaycan idmançıları “Mandarin Cup” beynəlxalq turnirində iştirak edəcək

Azərbaycanın iki yelkənçisi Türkiyənin Bodrum şəhərində keçiriləcək “Mandarin Cup” beynəlxalq turnirində iştirak edəcək.

Yarışda ölkəmiz iki qız idmançı ilə təmsil olunacaq. Bunlar Nərgiz Məmmədova və Nəzrin Məmmədovadır.

Onlar yarışa türkiyəli məşqçi Mithat Can Yıldırımın başçılığı ilə qatılacaqlar.

Qeyd edək ki, “Mandarin Cup” beynəlxalq turniri yanvarın 13-dən 17-dək təşkil olunacaq.