Fransanın PSJ klubu yeni transferini ictimaiyyətə açıqlayıb.
Olimpnews.az xəbər verir ki, parislilər "Barselona" klubundan 8,2 milyon avroya Dro Fernandesi heyətinə cəlb edib.
Dro ilə 4 illik müqavilə imzalanıb. 18 yaşlı gənc istedad yeni klubunda 27 nömrəli forma altında çıxış edəcək.
Oyunçunun sərbəstqalma bəndi 6 milyon avro olsa da, hər iki klub arasında olan yaxşı münasibət maliyyə mövzusuna da müsbət mənada təsir edib.


