“Ümid edirik ki, idmançılarımız Oyunlarda layiqli çıxış edəcəklər”
BOK
29.01.2026, 15:40
Bir neçə gündən sonra Azərbaycan Olimpiya komandası XXV Qış Olimpiya Oyunlarında iştirak etmək üçün İtaliyaya yollanacaq. Milan-Kortina-2026 Qış Olimpiadası həm geniş coğrafiyası, həm də yenilikləri ilə Olimpiya tarixində xüsusi yer tutacaq. Azərbaycan bu mötəbər idman tədbirində iki idmançı ilə təmsil olunacaq. Hazırlıq prosesi, yarışların keçiriləcəyi məkanlar, proqramdakı yeniliklər və milli komandamızın iştirak perspektivləri ilə bağlı Azərbaycan Milli Olimpiya Komitəsinin xarici əlaqələr idarəsinin müdiri, Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov suallarımızı cavablandırıb.
- Anar müəllim, Milan-Kortinada keçiriləcək XXV Qış Olimpiya Oyunlarına hazırlıq prosesi hazırda hansı mərhələdədir? - Hazırda hazırlıq prosesinin son mərhələsindəyik. Azərbaycan bu mötəbər idman tədbirində iki idmançı ilə təmsil olunacaq. Fiqurlu konkisürmə üzrə Vladimir Litvintsev Olimpiadaya lisenziya qazanıb. Digər idmançımız Anastasiya Papatoma isə dağ xizəyi yarışlarında mübarizə aparacaq. Hazırlıq prosesi ilə bağlı bütün məsələlər demək olar ki, yekunlaşıb. Azərbaycan nümayəndə heyəti XXV Qış Olimpiya Oyunlarında iştirak etmək üçün İtaliyaya fevralın 5-də yola düşəcək. - Bu Oyunlar əvvəlki qış olimpiadalarından əsasən hansı cəhətlərinə görə fərqlənəcək? - Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarını əvvəlkilərdən fərqləndirən əsas məqam yarışların geniş coğrafiyada keçirilməsidir. İlk dəfə olaraq Oyunlar çərçivəsində altı Atletlər Kəndi fəaliyyət göstərəcək. Bu, indiyədək keçirilmiş heç bir Qış Olimpiadasında qeydə alınmayıb. Məsələn, Pekin-2022-də cəmi üç Atletlər Kəndi var idi. Yarışlar yalnız Milan və Kortina Ampetso şəhərlərində deyil, bütövlükdə region üzrə təşkil olunacaq. Dağ xizəyi üzrə idmançımız Kortinoda məskunlaşacaq, yarışlar isə Tofane Dağ Xizəyi Kompleksində keçiriləcək. Milan şəhəri açılış mərasiminə ev sahibliyi etməklə yanaşı, buz hokkeyi, fiqurlu konkisürmə, şort-trek və sürətli konkisürmə yarışlarının keçirildiyi əsas mərkəz olacaq. Kortina Ampetsoda kerlinq, qadınlar arasında dağ xizəyi, biatlon, bobsley, kirşə və skeleton yarışları təşkil ediləcək. Lombardia bölgəsinin Valtellina ərazisində snoubord, sərbəst eniş, fristayl, kişilər arasında dağ xizəyi və xizək alpinizmi üzrə yarışlar baş tutacaq. Trentino-Alto Adice bölgəsinə daxil olan Val di Fiemme isə xizəklə tramplindən tullanma, xizək ikinövçülüyü və xizəksürmə yarışlarını qəbul edəcək. Oyunların bağlanış mərasimi isə Veronanın məşhur amfiteatrında keçiriləcək. Daha bir maraqlı yenilik ondan ibarətdir ki, açılış mərasimi təkcə Milandakı “San Siro” stadionunda deyil, məsafələrin uzaq olması səbəbindən hər bir Atletlər Kəndində də ayrıca təşkil olunacaq. - Oyunların proqramı və yarış formatı baxımından hansı yeniliklər nəzərdə tutulur? - Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının proqramında da mühüm yenilik var. Belə ki, ilk dəfə olaraq xizək alpinizmi Olimpiya Oyunlarının rəsmi proqramına daxil edilib. Bu idman növünün yarış cədvəlinə əlavə olunması qış olimpiadalarının inkişaf edən və dinamik xarakterini bir daha nümayiş etdirir. - Yarışların keçiriləcəyi idman obyektləri və infrastruktur barədə nə deyə bilərsiniz? - Beynəlxalq Olimpiya Komitəsi ötən həftəsonu keçirilən yoxlamalar zamanı bütün məsələləri ətraflı nəzərdən keçirib. Aparılan qiymətləndirmələr nəticəsində həm yarışların keçiriləcəyi idman obyektlərinin, həm də Atletlər Kəndlərinin tam hazır vəziyyətdə olduğu və beynəlxalq standartlara cavab verdiyi rəsmi olaraq təsdiqlənib. - Anar müəllim, Azərbaycan təmsilçilərinin olimpiadada iştirak tarixi barədə məlumat verərdiniz. - Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında Azərbaycan iki idmançı ilə təmsil olunacaq. Yarışlara ilk olaraq fiqurlu konkisürmə üzrə təmsilçimiz Vladimir Litvintsev start verəcək. O, fevralın 10-da qısa proqramda çıxış edəcək. Fiqurlu konkisürmə qaydalarına əsasən, idmançının sərbəst proqramda mübarizəni davam etdirməsi üçün qısa proqramda ən azı ilk 17-liyə düşməsi tələb olunur. Sərbəst proqram üzrə çıxışlar isə fevralın 13-də keçiriləcək. Qeyd edim ki, fiqurlu konkisürmə yarışları ənənəvi olaraq günün ikinci yarısında təşkil olunur. Qadınların dağ xizəyi üzrə slalom yarışlarında ölkəmizi Anastasiya Papatoma təmsil edəcək. O, fevralın 18-də mübarizəyə qoşulacaq. Bu idman növündə iştirakçıların sayı çox olduğundan yarışlar səhər saatlarında başlayacaq, qaliblər isə həmin gün axşam saatlarında mükafatlandırılacaqlar. Vladimir Litvintsev üçün Milan-Kortina-2026 ikinci Olimpiya Oyunları olacaq. O, daha əvvəl Pekin-2022 Qış Olimpiadasında da iştirak edib. 18 yaşlı Anastasiya Papatoma üçün isə olimpiadaya lisenziya qazanmaq və Azərbaycanı bu mötəbər yarışda təmsil etmək artıq böyük nailiyyətdir. Həm fiqurlu konkisürmə, həm də dağ xizəyi yarışlarında dünya səviyyəli, güclü və favorit idmançılar mübarizə aparacaq. Belə rəqabətli şəraitdə çıxış etmək asan deyil. Bununla belə, ümid edirik ki, idmançılarımız Oyunlarda layiqli çıxış edəcəklər. Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
UFC Bakı gecəsinin bilet qiymətləri açıqlandı
Bugün, 12:13 Gündəm
-
UEFA lisenziyalı məşqçilik kursları üçün təlim
Bugün, 11:51 Futbol
-
AİA-da şəhər mühitində fiziki aktivlik və idman infrastrukturuna dair beynəlxalq simpozium keçirilib
Bugün, 11:26 Futbol
-
Misli Premyer Liqasında XXXII tur başlayır
Bugün, 10:12 Futbol
-
Naxçıvanda respublika birinciliyi keçirilib
14.05.2026, 23:33 Boks
-
Stolüstü tennisçimiz beynəlxalq turnirdə fərqləndi
14.05.2026, 23:01 Gündəm
-
Güləşçilərimizin Los-Anceles-2028 yolu müəyyənləşdi
14.05.2026, 22:58 Olimpizm xəbərləri
-
Cüdoçularımız Avropa çempionatında çıxış edəcəklər
14.05.2026, 22:53 Cüdo
-
Taekvondoçumuz Avropa çempionatında bürünc medal qazandı
14.05.2026, 21:55 Taekvondo
-
Paralimpiya çempionumuz xüsusi mükafata layiq görülüb
14.05.2026, 21:29 Olimpizm xəbərləri
-
Güləşçimiz Avropa çempionatında gümüş medal qazandı
14.05.2026, 21:02 Gündəm
-
3 qadın güləşçimiz Avropa üçüncüsü ola bilər
14.05.2026, 20:39 Güləş
-
"AGF Trophy” turnirinin ilk gün yekunlaşdı
14.05.2026, 19:47 Gimnastika
-
Yüksək Liqada bürünc mükafatçı müəyyənləşdi
14.05.2026, 18:44 Futbol
-
Xankəndi stadionunda bərpa işlərinin başa çatacağı tarix açıqlanıb
14.05.2026, 15:09 Olimpiya dünyası
-
9 ildən sonra
14.05.2026, 13:38 Futbol
-
"Bakı–Xankəndi" yarışının V mərhələsinin qalibi müəyyənləşib
14.05.2026, 13:12 Velosiped
-
“Sabah” - tarixin 5-cisi, Dambrauskas ilkə imza atdı
14.05.2026, 13:07 Futbol
-
"Neftçi"nin apellyasiya şikayəti təmin edilməyib
14.05.2026, 12:30 Futbol
-
"İnter" 10-cu dəfə İtaliya Kubokunu qazandı
14.05.2026, 11:50 Futbol
-
Futzal turnirinə yekun vurulub
14.05.2026, 11:26 Futbol
-
Messi yenə təəccübləndirdi
14.05.2026, 11:06 Futbol
-
PSJ 14-cü dəfə Fransa çempionu oldu
14.05.2026, 10:40 Futbol
-
Levandovski "Barselona"nı tərk edir
14.05.2026, 10:15 Futbol
-
AGF-də yeni komitə təsis edilib
14.05.2026, 09:17 Güləş
-
"Bakı–Xankəndi" velosiped yarışına bu gün yekun vurulacaq
14.05.2026, 08:06 Velosiped
-
"Sabah" klubu mükafatlandırıldı
13.05.2026, 23:04 Futbol
-
Güləşçimiz Avropa çempionatında qızıl medal qazandı
13.05.2026, 22:30 Gündəm
-
"Sabah" Azərbaycan Kubokunun qalibi oldu
13.05.2026, 22:00 Futbol
-
Qızıl medalın bir addımlığında
13.05.2026, 21:48 Güləş
-
Paralimpiya çempionumuz Münhendə fərqləndi
13.05.2026, 21:30 Taekvondo
-
Karateçilərimiz Avropa çempionatının mükafatçıları sırasında
13.05.2026, 20:33 Əlbəyaxa döyüş növləri
-
Avropa çempionatında uğurlu nəticə
13.05.2026, 18:50 Əlbəyaxa döyüş növləri
-
İraq millisinin 5 futbolçusu ABŞ vizası ala bilmədi
13.05.2026, 16:44 Futbol