Kişi boksçularımız ilin ilk hazırlığına başlayıb

Kişi boksçularımız ilin ilk hazırlığına başlayıb

Kişi boksçulardan ibarət Azərbaycan milli komandası yeni ilin ilk təlim-məşq toplanışına start verib.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən Olimpnews.az-a verilən məlumata görə, Ravşan Xocayevin baş məşqçisi olduğu yığmamız hazırlığa Bakıda başlayıb.

Məşqçilər korpusu toplanışa Azərbaycan çempionatının bütün mükafatçılarını cəlb edib. Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönələcək.

Qeyd edək ki, hazırlıq fevralın 20-də yekunlaşacaq.