Federasiya nümayəndəsinə növbəti etimad 

Federasiya nümayəndəsinə növbəti etimad 

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

Olimpnews.az Azərbycan Voleybol Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Z.Gözəlbəyli qadın voleybolçular arasında Çelenc Kubokunun 1/4 final mərhələsində Yunanıstanın "Panionios" və Kiprin "Olimpiada Neapolis" komandaları arasında keçiriləcək oyunda supervayzer funksiyasını yerinə yetirəcək.

Fevralın 5-də Yunanıstanda baş tutacaq qarşılaşmanın hakimləri polşalı Tomaş Yanik və rumıniyalı Darius Dumitru Meska olacaq.