Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarının qadınlardan ibarət Finlandiya və Kanada yığmaları arasında keçirilməli olan açılış oyunu təxirə salınıb.
Olimpnews.az xəbər verir ki, buna səbəb Finlandiya millisində bağırsaq virusunun yayılması olub.
İlk mərhələnin qarşılaşması fevralın 12-nə keçirilib.
Qərar Finlandiya yığmasının cəmi 8 meydan oyunçusu və 2 qapıçı ilə məşq edə bilməsindən sonra qəbul edilib. Daha 13 hokkeyçi karantində və ya izolyasiyada saxlanılır.
Qış Olimpiya Oyunlarının təşkilatçıları komandanın vəziyyətini nəzarətdə saxladıqlarını və idmançıların sağlamlığının yarış təqvimindən üstün tutulduğunu vurğulayıblar.
Olimpiadanın açılış oyunu təxirə salındı


