Fevralın 8-də qarışıq estafet yarışında üçüncü yeri tutan almaniyalı biatlonçu Yustus Strelou medalı təqdimetmə mərasimindən sonra lentdən qoparaq yerə düşüb.
Olimpnews.az xəbər verir ki, Almaniya Xizək Assosiasiyası bu bu barədə görüntüləri sosial mediada paylaşıb.
Qeyd edək ki, Antolzda keçirilən yarışlarda Yustus Strelou, Filip Navrat, Vanessa Voyqt və Franziska Preussdan ibarət biatlon üzrə Almaniya komandası üçüncü yeri tutub. Fransalı biatonçular birinci, italiyalılar isə üçüncu olublar.


