Vankuver-2010 Qış Olimpiadasının qalibi, ikiqat dünya çempionu olan 41 yaşlı amerikalı dağ xizəkçisi Lindsi Vonn İtaliyadakı çıxışı zamanı enişli yolda sərt şəkildə yıxılıb.
Olimpnews.az xəbər verir ki, o, yoldakı bayrağa ilişərək aşağı yuvarlanıb. Lindsi çarpaz bağını zədələyib, buna görə də yarış həmin vaxt dayandırılıb. İlkin tibbi yardımdan sonra idmançı xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Qeyd edək ki, amerikalı idmançı bundan əvvəl yanvarın sonlarında İsveçrənin Krans-Montana şəhərində keçirilən dünya kubokunda super nəhəng slalom yarışı zamanı da eyni halla üzləşmişdi.


