“Qarabağ”ın ötən mövsüm UEFA Avropa Liqasından əldə etdiyi qazanc açıqlanıb.
Bu barədə məlumat Avropa futbol qurumunun illik maliyyə hesabatında öz əksini tapıb.
Azərbaycan çempionu Avropa Liqasının əsas mərhələsində iştiraka görə ümumilikdə 7 milyon 858 min avro gəlir əldə edib. Bunun 4 milyon 310 min avrosu komandanın liqa mərhələsinə vəsiqə qazandığı üçün ödənilib. Kommersiya gəlirləri 3 milyon 15 min avro təşkil edib. “Qarabağ” əsas mərhələdəki nəticələrinə görə 458 min, yekun sıralamaya əsasən isə 75 min avro alıb.


