Norveçlilərin əksəriyyəti etiraz edir

Norveçlilərin əksəriyyəti etiraz edir

Norveç əhalisinin əksəriyyəti 2022-ci ildə keçiriləcək Olimpiya oyunlarının Osloda təşkil edilməsinin əleyhinə çıxış edir. "Dagbladet” nəşrinin yazdığına görə, norveçlilər arasında aparılan rəy sorğusunun nəticələri bunu deməyə əsas verir. Sorğunun nəticələrinə görə, rəyi soruşulanların 62 faizi olimpiadanın Osloda keçirilməsinin əleyhinədir. 24 faiz bunu dəstəkləyib, 12 faiz isə cavab verməkdə çətinlik çəkib.
Qeyd edək ki, Norveç Olimpiya oyunlarını iki dəfə - 1952-ci ildə Osloda, 1994-cü ildə Lillihamerdə qəbul edib.