Güləşçilərimiz dünya çempionatına 3 medalla start verdi

Güləşçilərimiz dünya çempionatına 3 medalla start verdi 

Gündəm

28.07.2026, 23:41

Bakıda güləş üzrə U17 dünya çempionatı davam edir.

Milli Gimnastika Arenasında təşkil edilən çempionatın 2-ci günündə yunan-Roma güləşi üzrə 48, 55, 65, 80 və 110 kq-da qaliblər müəyyənləşib.

Ömər Salmanov (48 kq) bürünc medal uğrunda görüşdə gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans verməyib – 7:1. Bununla da Ömər Salmanov  çempionatda ilk medalçımız olub.

Digər güləşçimiz Orxan Həbibli (65 kq) hindistanlı Kunal Daqarla gərgin mübarizə şəraitində keçən görüşdən qalib ayrılıb – 7:5. Təmsilçimiz bu qələbəylə fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

İsfahan Həsənov (80 kq) isə finalda iranlı Alireza Rezayiyə minimal fərqlə (1:2) məğlub olub və gümüş medala layiq görülüb. 

Beləliklə, millimiz 2-ci yarış günündə 1 gümüş və 2 bürünc medal qazanıb.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR