Türkiyə yelkənçiləri Bakıda

Türkiyə yelkənçiləri Bakıda

Su idman növləri

Bugün, 15:07

Yelkən idmanının Optimist və ILCA4 sinifləri üzrə açıq Azərbaycan çempionatında iştirak edəcək Türkiyə komandası Bakıdadır.

Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətindən Olimpnewes.az-a məlumat verilib. 9 idmançı və 1 nəfər milli komanda məşqçisindən ibarət heyətlə paytaxta gələn qonaqlar Azərbaycan Su İdman Növləri Federasiyasının yelkən bazası ilə tanış olublar. 

Xatırladaq ki, ölkə çempionatı 12–14 sentyabr tarixlərində Şıxov çimərliyi ərazisində təşkil olunacaq. Yarışlara hər gün saat 11:00-da start veriləcək. Mükafatlandırma mərasimi sentyabrın 14-də saat 18:00-da keçiriləcək.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR