Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı 

Güləşçimiz dünya çempionatının finalına vəsiqə qazandı 

Gündəm

Bugün, 18:28

Azərbaycanın srbəst güləşçisi İbrahim Həsənov Bakıda təşkil olunan U-17 dünya çempionatının finalına vəsiqə qazanıb.

Olimpnews.az xəbər verir ki, 51 kq çəki dərəcəsində yarışan idmançı yarımfinalda rusiyalı İslam Kuraxmayevi 10:6 hesabı ilə məğlub edib.

O, sabah qızıl medal uğrunda yarışda iranlı Benyamin Aşoften Mayvanla üz-üzə gələcək.

İ.Həsənov daha əvvəl 1/8 finalda gürcüstanlı Giorgi Narimanidzeni 4:2, növbəti mərhələdə isə hindistanlı Qovind Qovindi 10:3 hesabı ilə məğlub edib.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR