Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu

Formula 2: İsveçli pilot sprint yarışının qalibi oldu

Formula 1

Bugün, 09:41

Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula 2 sprint yarışı başa çatıb.

“Dams Lucas Oil”in isveçli pilotu Dino Beganoviç birinci, “Triden”in niderlandlı sürücüsü Laurens Van Hoepen ikinci, “Rodin” komandasından Aleks Dann isə üçüncü yeri tutub.

Saat 12:30-da Formula 1 üzrə üçüncü sərbəst yürüş başlayacaq. Formula 2 üzrə əsas yarışa saat 14:15-də start veriləcək.

Günün son əsas sessiyası isə Formula 1 üzrə sıralama turu olacaq. Saat 16:00-da başlayacaq mübarizə 17:00-da başa çatacaq.

Qeyd edək ki, Azərbaycan Qran-Prisinə sentyabrın 26-da yekun vurulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR