Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

Dakar-2026: Çimərlik güləşində iki idmançımız mübarizəyə başlayır

Olimpiya oyunları

06.11.2026, 23:47

Noyabrın 7-də Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunları çərçivəsində çimərlik güləşi üzrə yarışlara start veriləcək.

Olimpnews.az xəbər verir ki, u idman növündə Azərbaycanı iki idmançı təmsil edəcək. Təmsilçilərimizdən Günel Kərimli 55 kq, Nihad Süleymanlı isə 80 kq çəki dərəcəsində mübarizə aparacaq.

Yarışlar Bakı vaxtı ilə saat 14:30-da başlayacaq. İdmançılarımız final mərhələsinə yüksələcəkləri təqdirdə, Günel Kərimli saat 20:55-də, Nihad Süleymanlı isə saat 21:15-də həlledici görüşə çıxacaq.

Qeyd edək ki, Azərbaycan komandası Dakar-2026-da çimərlik güləşi üzrə ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki təmsilçimiz isə noyabrın 8-də mübarizəyə qoşulacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR