Rio-2016: Demyanenko finala vəsiqə qazandı - YENİLƏNİB

Rio-2016: Demyanenko finala vəsiqə qazandı - YENİLƏNİB

Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edən kanoeçi Valentin Demyanenko mübarizəyə başlayıb.

Olimpnews.az saytının məlumatına görə, 33 yaşlı idmançı 1 nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 39,749 saniyəyə çatıb. O, bütün rəqiblərini qabaqlayaraq, yürüşün qalibi olub və 1/2 finala yüksəlib.

Valentin Demyanenko yarımfinal yürüşündə finişə 40,298 saniyəyə çatıb. O, yalnız gürcüstanlı Zaza Nadiradzedən 0,152 saniyə geri qalaraq, yürüşü ikinci pillədə başa vurub. Finalda Demyanenkonun rəqibləri Nadiradze ilə yanaşı, digər yarımfinal yürüşlərinin qalibləri - braziliyalı İsakias Keyruş dos Santos (39,659), Azərbaycan yığmasının sabiq üzvü, hazırda Rusiyanı təmsil edən Andrey Kraytor (40,394), eləcə də ispaniyalı Alfonso Benavides Lopes de Ayala (40,038), fransalı Tomas Simar (40,670), çinli Qianq Li (40,066) və çexiyalı Martin Fuksa (40,311) olacaq.

Qeyd edək ki, həlledici yürüş avqustun 18-də saat 16:23-də başlanacaq.