Marina Durunda yarışları 9-cu yerdə başa vurdu

Marina Durunda yarışları 9-cu yerdə başa vurdu



Rio-2016 Olimpiadasında bədii gimnastika yarışlarının final mərhələsi keçirilib. 
Azərbaycanı Braziliyada təmsil edən Marina Durunda da medallar uğrunda mübarizə aparıb.

"Olimpnews.az" xəbər verir ki, gimnastımız Rio-2016 Yay Olimpiya Oyunlarında bədii gimnastika yarışlarının final mərhələsində dörd hərəkətin yekununda hakimlərdən 69.748 xal alaraq yarışları 9-cu yerdə başa vurub. İdmançımız çoxnövçülük yarışının təsnifat mərhələsində 26 idmançı arasında ilk səkkizliyə düşərək finalda iştirak etmək hüququ qazanmışdı.

Avropa Oyunlarının gümüş mükafatçısı iolan Marina Durundanın rəqibləri Marqarita Mamun və Yana Kudryavtseva (hər ikisi Rusiya), Katsiarina Halkina və Melitina Staiouta (hər ikisi Belarus), Kseniya Mustafayeva (Fransa), Karolina Rodrigez (İspaniya), Cae Yen Son (Cənubi koreya), Qanna Rızaddinova (Ukrayna) və Neviana Vladinova (Bolqariya) olub.

Halqa, top, gürz və lentlə hərəkətlərdə qüvvəsini sınayan idmançımız ilk çıxışını halqa ilə edib və 16,950 xal toplayıb. İkinci çıxışını toplarla həyata keçirən idmançımız bu dəfə hakimlərdən 17.541 xal alıb. Gürzlə hərəkətdə isə xanım gimnastımız 17.716 xal toplayıb. O, son çıxışını lentlə edib. Son cəhdində 17.541 xal qazanan təmsilçimiz yekunda 69.748 xal toplayaraq, sıralamanı 9-cu pillədə başa vurub.

Qeyd edək ki, bu yarışda qızıl və gümüş medalları uyğun olaraq rusiyalı gimnastlar Marqarita Mamun və Yana Kudryavtseva, bürünc medalı isə Qanna Rizatdinova qazanıb.