FORMULA 1
Braziliyalı keçmiş yarış pilotu "Cadillac"la işləyəcək
Braziliyalı yarış pilotu Pietro Fittipaldi "Cadillac" komandası ilə müqavilə imzalayıb. Bu barədə sürücü sosial media hesabında məlumat yayıb. O, bildirib ki, o, artıq bir neçə aydır ki, "Cadillac" simulyatoru üzərində işləyir.
Xatırladaq ki, Fittipaldi 2020-ci ildə başqa bir Amerika komandası olan "Haas" ilə iki Qran-Pridə yarışıb. Əfsanəvi Emerson Fittipaldinin nəsil davamçısı son illərini "IndyCar", "Dünya Dözümlülük Çempionatı (WEC) və IMSA seriyaları üzrə yarışlarda keçirib.
Məlumat üçün bildirək ki, Xatırladaq ki, 2024-cü il noyabrın 25-də Formula 1 dünya çempionatında iştirak etmək üçün "General Motors" və onun "Cadillac" brendi ilə razılıq əldə etdiyini təsdiqləyib. ABŞ yarış komandası 2026-cı il mövsümündən başlayaraq Formula 1 seriyasında 11-ci komanda kimi çıxış edəcək.
Paylaş :