Puertorikalı Riçard Karrion gələn ilin sentyabrında Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidentliyinə keçirilən seçkilərdə iştirak etmək üçün öz namizədliyini irəli sürüb. Karrion hazırda BOK-un İcraiyyə Komitəsinin üzvüdür. İndiyə kimi BOK prezidentliyinə almaniyalı Tomas Bax və sinqapurlu Nq Ser Mianq öz namizədliklərini veriblər. Qeyd edək ki, onların hər ikisi BOK-un vitse-prezidentidir. Beynəlxalq idman qurumunun rəhbəri, belçikalı Jak Roqqu əvəz etmək üçün Çin Kuo Vun (Tayvan), Denis Osvald, Rene Fazel (hər ikisi İsveçrə) və Sergey Bubkanın (Ukrayna) namizədliklərinin verəcəyi də gözlənilir.