Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər

Avarçəkənlərimiz beynəlxalq reqatada iştirak edəcəklər

Su idman növləri

Bugün, 12:17

Azərbaycan avarçəkənləri Litvada keçiriləcək akademik avarçəkmə üzrə 64-cü "Amber Oars" beynəlxalq reqatasında iştirak edəcəklər.

Olimpnews.az Azərbaycan Su İdman Növləri Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycanı turnirdə 5 idmançı - Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə və Murad Abbaslı təmsil edəcəklər.

Komanda yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq.

Qeyd edək ki, iyununj 26-28-də Litvanın Trakay şəhərində təşkil olunacaq "Amber Oars" beynəlxalq reqatası avarçəkmə üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR