BOK-un prezidentliyinə 6 nəfər namizəddir

BOK-un prezidentliyinə 6 nəfər namizəddir

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) mətbuat xidmətindən verilən məlumata görə, adıçəkilən qurumun prezidenti vəzifəsinə namizədliklərin irəli sürülməsi prosesi artıq başa çatıb. Beləliklə, BOK prezidenti olmaq uğrunda mübarizədə 6 nəfər namizəd: Tomas Bax (Almaniya), Sergey Bubka (Ukrayna), Riçard Karrion (Puerto-Riko), Nq Ser Mianq (Sinqapur), Denis Osvald (İsveçrə) və Çin Kuo Vu (Tayvan) iştirak edirlər. Namizədlər BOK-un iyunun 3-4-də Lozannada keçiriləcək növbədənkənar sessiyasında öz proqramlarını təqdim edəcəklər.
Xatırladaq ki, BOK-un indiki prezidenti 2002-ci ildən bu vəzifəni icra edən belçikalı Jak Roqqdur.