Namizəd şəhərlərin şansları bərabərdir

Namizəd şəhərlərin şansları bərabərdir


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Komissiyası 2020-ci ildə keçiriləcək Olimpiya oyunlarına namizəd şəhərlərin hesabatını dəyərləndirib. Komissiyanın fikrincə, Madrid, İstanbul və Tokionun şansları bərabərdir. Hesabatda qeyd olunub ki, İspaniyanın üzləşdiyi iqtisadi böhran Madridin şanslarına təsir etməyəcək. Türkiyədə baş verən qalmaqal isə İstanbulun namizədliyinə mane olmayacaq. Yaponiyanın iqtisadi gücü isə Tokionun namizədliyini qüvvədə saxlayacaq.
Maraqlıdır ki, 2012-ci ildə keçirilən rəy sorğularında Tokio ən çox səs (55 faiz) toplamışdı. İstanbul 35, Madrid isə 10 faiz səs almışdı. Xatırladaq ki, Olimpiada-2020-nin ev sahibinin adı bu il sentyabrın 7-də elan olunacaq. Həmin gün Buenos-Ayresdə BOK-un 125-ci sessiyası keçiriləcək.