Gənclər və könüllülərlə görüş
BOK
24.07.2020, 11:21
“Könüllülər ili” çərçivəsində Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası, “Azərbaycan İdman Könüllüləri” və “Azərbaycan İdmançıları” ictimai birliklərinin təşkilatçılığı ilə reallaşdırılan “Azərbaycanın Olimpiya Odisseyası” layihəsinin növbəti mərhələsi videokonfrans formatında baş tutub. Tədbir çərçivəsində Olimpiya çempionu Fərid Mansurovun idman ictimaiyyəti, gənclər və könüllülərlə görüşü keçirilib.
Tədbiri açan qurumun sədri Miraqil Seyidzadə layihənin məqsədi haqqında danışıb, yeni növ koronavirus (COVID-19) pandemiyasının dünyada və ölkədə müxtəlif sahələrdə, xüsusən də idmanda yaratdığı çətinlikləri diqqətə çatdırıb. Videokonfrans iştirakçıları son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan sərhədlərində törədilən təxribatlar zamanı şəhid olmuş əsgər və zabitlərin xatirəsini ehtiramla anıblar. Daha sonra tədbir iştirakçılarına Olimpiya çempionu Fərid Mansurovun fəaliyyəti haqqında qısa məlumat verilib. Milli Olimpiya Komitəsinin İdman idarəsinin müdiri Həsənağa Rzayev Fərid Mansurovu peşəkar idmançı və dost, yüksək əxlaqi keyfiyyətlərə malik bir insan kimi xarakterizə edib. H.Rzayev, həmçinin pandemiya dövrünün idman sahəsinə əks-təsirinin aradan qaldırılması üçün atılan addımlardan söz açıb. “Azərbaycan İdmançıları” İctimai Birliyinin baş katibi Fərhad Acalov qurumun pandemiya dövründə karantin qaydaları çərçivəsində insanları idmana cəlb etmək üçün həyata keçirdiyi tədbirlər haqqında məlumat verib. Bu tədbirlərin təşkilinə Fərid Mansurovun dəstək göstərdiyini diqqətə çatdırıb və onun idman fəaliyyətindən danışıb. Fərid Mansurov idman sahəsinə gələrkən keçdiyi çətinliklərdən, peşəkar idmançı kimi qazandığı uğurlardan, qələbə əldə etdiyi zamanı yaşadığı duyğulardan bəhs edib. Daha sonra idman ictimaiyyətinin, gənclərin və könüllülərin suallarını cavablandırıb, onlara sağlamlıqlarının qorunması, xəstəliklərlə mübarizəyə dair tövsiyələrini verib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Cüdoçumuz Bakıda dünya çempionu oldu
Bugün, 18:57 Gündəm
-
Dünya çempionatı: Əhməd Yusifov qızıl medalın bir addımlığında
Bugün, 15:50 Cüdo
-
Cüdoçumuz dünya çempionatının yarımfinalına vəsiqə qazandı
Bugün, 15:36 Cüdo
-
Üç cüdoçumuz dünya çempionatında mübarizəni dayandırdı
Bugün, 14:55 Cüdo
-
Azərbaycan cüdoçuları dünya çempionatında mübarizəyə başlayır
Bugün, 09:56 Cüdo
-
"Fənərbağça" yoldaşlıq oyununda "Turan Tovuz"a qalib gəlib
03.10.2026, 22:06 Futbol
-
Dünya Kubokunun Bakı mərhələsi yekunlaşdı
03.10.2026, 21:53 Gündəm
-
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının püşkü atılıb
03.10.2026, 19:10 Cüdo
-
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
03.10.2026, 11:05 Gündəm
-
Azərbaycan üzgüçüləri "İpək Yolu" Dünya Kubokunda ölkə rekordlarını yeniləyiblər
02.10.2026, 14:45 Su idman növləri
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
02.10.2026, 13:47 Gimnastika
-
Taekvondçularımız beynəlxalq turnirdə iştirak edəcəklər
02.10.2026, 13:04 Taekvondo
-
Tofiq Bəhramov adına Respublika stadionunun 75 illiyi münasibətilə yoldaşlıq matçı keçiriləcək
02.10.2026, 12:55 Futbol
-
AMADA rəsmisi Avropa Şurasının antidopinq iclasında iştirak edib
02.10.2026, 12:48 AMADA
-
Üzgüçülük üzrə Dünya Kubokunda ikinci yarış gününə start verilib
02.10.2026, 10:38 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasında ilk turun daha bir oyunu bu gün keçiriləcək
02.10.2026, 10:08 Basketbol
-
Azərbaycan milli komandası Lixtenşteynlə heç-heçə edib
01.10.2026, 22:04 Futbol
-
Bakıda üzgüçülük üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib
01.10.2026, 19:45 Su idman növləri
-
Azərbaycan komandası “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirini 22 medalla başa vurub
01.10.2026, 19:00 Su idman növləri
-
Azərbaycan Basketbol Liqasının I və II turlarında keçiriləcək iki oyun təxirə salınıb
01.10.2026, 16:53 Basketbol
-
Azərbaycanın U-20 voleybol millisi EEVZA çempionatına Qubada hazırlaşır
01.10.2026, 15:17 Voleybol
-
Bakıda stolüstü tennis üzrə beynəlxalq seminar keçirilir
01.10.2026, 14:40 Olimpizm xəbərləri
-
Üzgüçülərimiz Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
01.10.2026, 13:52 Su idman növləri
-
Basketbol Liqası: "Sabah" açılış oyununda qələbə qazandı
30.09.2026, 23:22 Basketbol
-
Mingəçevirdə kayak və kanoe marafonunun təqdimatı keçirilib
30.09.2026, 23:11 Su idman növləri
-
"Neftçi" FIBA Avropa Kubokunda əsas mərhələyə vəsiqə qazanıb
30.09.2026, 22:27 Basketbol
-
“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin ikinci günündə komandamız 7 medal qazanıb
30.09.2026, 21:12 Su idman növləri
-
Voleybolçularımız Avropa çempionatının 1-ci təsnifat mərhələsində iştirak edəcək
30.09.2026, 19:16 Voleybol
-
Boksçularımız Avropa çempionatı üçün Budvaya yollanırlar
30.09.2026, 18:09 Boks
-
Stolüstü tennisçilər Tbilisidən 5 medalla qayıdırlar
30.09.2026, 17:58 Tennis
-
Füzulidə Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətinə dair mətbuat konfransı keçirilib
30.09.2026, 16:47 Su idman növləri
-
Tələbələr üçün praktiki ustad dərsləri təşkil olunub
30.09.2026, 16:03 Cüdo
-
Oyan Nəzəriani: “Çimərlik güləşində iddialı ölkələrdən biriyik”
30.09.2026, 15:11 Güləş
-
“Qarabağ”ın futbolçusu Kərbəla ziyarətinə getdi
30.09.2026, 14:19 Futbol