Baş məşqçi iki gün sonra istefaya göndərildi

Baş məşqçi iki gün sonra istefaya göndərildi

Rumıniyanın “Argeş” klubunun baş məşqçisi Adrian Dulça istefaya göndərilib. 42 yaşlı mütəxəssis məşqçi vəzifəsinə təyin olunandan iki gün sonra azad olunub. O, komandası ilə heçbir görüşdə iştirak edə bilməyib.

Qeyd edək ki, “Argeş” klubunun rəhbərliyi bu mövsüm artıq üçünçü baş məşqçisini vəzifəsindən azad edir. Komanda 11 oyundan 9 xal toplayaraq, 2020/2021 mövsümündə Rumıniya çempionatının cədvəlində sondan bir pillə yuxarı, yəni 15-ci yerdə qərarlaşıb.