NBA-da 48 idmançının koronavirusa yoluxduğu açıqlandı

NBA-da 48 idmançının koronavirusa yoluxduğu açıqlandı

ABŞ Milli Basketbol Assosiasiyası (MBA) koronavirusa yoluxan idmançıların sayını açıqlayıb. Bu barədə yarışın rəsmi saytında yerləşdirilən məlumatda ümumilikdə 546 basketbolçunun koronavirus testindən keçdiyi bildirilib. Onlardan 48-nin testinin nəticəsi pozitiv olub.

Xatırladaq ki, MBA-nın yeni mövsümü dekabrın 22-də start götürəcək.