III Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi

III Avropa Oyunlarının proqramına yeni idman növü daxil edildi

Avropa Olimpiya Komitələri (AOK) 2023-cü ilin yayında keçiriləcək III Avropa Oyunlarının proqramını genişləndirməyə davam edir. İyunun 9-dan 25-dək Polşanın Krakov və Malopolye şəhərlərində təşkil olunacaq yarışların proqramına badminton da daxil edilib. Badminton son vaxtlar Oyunların proqramına daxil edilən sayca altıncı idman növüdür. Belə ki, dekabrda müasir beşnövçülük, taekvondo, avarçəkmə slalomu, karate və çimərlik həndbolunun da yarışların proqramına salınacağı açıqlanıb. Badminton bundan əvvəlki Oyunlarda - Bakı-2015 və Minsk-2019-da da yarışların proqramda yer alıb.
IBeləliklə, III Avropa Oyunlarının proqramında kamandan oxatma, sinxron üzgüçülük, badminton, basketbol - 3x3, çimərlik həndbolu, breyk-dans, kanoe (kayak və kanoe, kanoe slalom), velosiped idmanı (BMX, şose), avarçəkmə slalomu, qılıncoynatma, gimnastika, cüdo, taekvondo, karate, müasir beşnövçülük, dağ qaçışı, reqbi-7, atıcılıq, tramplindən tullanma (yay), idman dırmanması, stolüstü tennis, triatlon, voleybol, çimərlik voleybolu, ağırlıqqaldırma yer alıb.
Xatırladaq ki, tarixdə ilk Avropa Oyunları 2015-ci il iyunun 12-28-də Bakıda təşkil olunub.