Dünya çempionatının tarixi müəyyənləşib

Dünya çempionatının tarixi müəyyənləşib

Polşanın Keltse şəhərində təşkil olunacaq gənclər arasında boks üzrə dünya çempionatının vaxtı açıqlanıb. Oğlan və qız boksçuların iştirak edəcəyi çempionat aprelin 10-24-də təşkil olunacaq. Polşa yarışı qrafikə uyğun şəkildə yüksək səviyyədə keçirəcəyini təsdiqləyib. Təşkilatçılar, həmçinin bütün təhlükəsizlik tədbirləri ilə bağlı öhdəlik götürüblər.