Kiyevdə güləş üzrə beynəlxalq turniri başlayıb

Kiyevdə güləş üzrə beynəlxalq turniri başlayıb

Yarışda ölkəmizi sərbəst və qadın güləşçilərimiz təmsil edirlər. Ukraynanın məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışın ilk günündə 11 idmançımız mübarizəyə başlayıb.
Güləşçimiz Əfqan Xaşalov (57 kq) ilk görüşdə belaruslu güləşçiylə minimal fərqlə uduzub. Əli Rəhimzadə (65 kq) təsnifat mərhələsini güləşmədən keçib. Buna səbəb yunan rəqibinin xalça üzərinə çıxmamasıdır.
Turan Bayramov (65 kq) 1/16 finalda Ukrayna təmsilçisi Qor Ohannesyanla qarşılaşıb.
Bayramov erməni rəqibinə 5:4 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.
Digər güləşçilərimizdən Mahir Əmiraslanov ilk görüşdə Roman Qutsuliak (Ukrayna), İslam Bazarqanov (hər ikisi 57 kq) gürcü Roberti Dinqaşvili, Əşrəf Aşırov (74 kq) Temuri Beruaşvili (Gürcüstan), İslam İlyasov (97 kq) yunanıstanlı Timofey Xenidis, Türkan Nəsirova (50 kq) Türkiyə təmsilçisi Aynur Erge, İrina Netreba (68 kq) isə Nataliya Strjalka (Polşa) ilə üz-üzə gələcəklər. Püşkə əsasən, 76 kiloqram çəki dərəcəsində çıxış edən güləşçilərimiz Gözəl Zutova və Səbirə Əliyeva ilk görüşdə rəqib olublar.