Məşhur futbolçuların adları Şöhrət Zalına daxil edildi

Məşhur futbolçuların adları Şöhrət Zalına daxil edildi

İngiltərə Premyer Liqasının Şöhrət Zalına adı ilk daxil edilən futbolçuların adları müəyyənləşib. Bunlar fransalı Tyerri Anri və ingiltərəli Alan Şirerdir.
Şirer 441 matçda 260 qol və 64 məhsuldar ötürmə ilə Premyer Liqa tarixinin bombardiri sayılır. Keçmiş hücumçu karyerası ərzində "Sautgempton" "Blekbern" və "Nyukasl"da çıxış edib.
Anri isə "Arsenal"ın heyətində iki dəfə çempionatın, üç dəfə isə ölkə kubokunun qalibi olub.