Rafael Ağayev məhşurlarla birlikdə

Rafael Ağayev məhşurlarla birlikdə

Xorvatiyanın Porec şəhərində keçiriləcək Avropa çempionatı ilə bağlı poster hazırlanıb. Posterdə tanınmış karate ustaları ilə birgə dünyanın ən məşhur karateçilərindən biri olan dəfələrlə dünya və qitə çempionatlarının qalibi Rafael Ağayevin (74 kq) də şəkli yer alıb. R.Ağayev öz çəki kateqoriyasında qitə çempionatının favoritlərindən biridir.

Qeyd edək ki, Azərbaycan karateçilərinin də qatılacağı Avropa çempionatı mayın 19-23-də keçiriləcək.