Gənc cüdoçularımız Avropa kubokunda yarışacaqlar

Gənc cüdoçularımız Avropa kubokunda yarışacaqlar

Bu gün Çexiyanın paytaxtı Praqada gənc cüdoçular arasında Avropa kuboku turniri start götürüb.

Yarışda Azərbaycanı 11 cüdoçudan ibarət komanda təmsil edir. Oğlanların yarışında Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) medallar uğrunda mübarizə aparacaqlar. Qadın cüdoçulardan isə Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) birincilik uğrunda yarışacaqlar. Turnirə iyulun 18-də yekun vurulacaq.