“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib

“20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə həndbol yarışı keçirilib

Olimpiya dünyası

Bugün, 12:02

Lənkəran Olimpiya İdman Kompleksində “20 Sentyabr – Dövlət Suverenliyi Günü” münasibətilə yeniyetmələr arasında həndbol üzrə turnir keçirilib.

Olimpnews.az xəbər verir ki, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin, eləcə idarənin nəzdində fəaliyyət göstərən Uşaq-Gənclər İdman Məktəbinin əməkdaşlarının iştirak ilə keçirilən turnir maraqla qarşılanıb.

Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunların yekununda Lənkəran şəhər 5 saylı tam orta məktəbin komandası turnirin birincisi olub. Lənkəran şəhər 2 saylı tam orta məktəbin komandası II, Lənkəran şəhər 8 saylı tam orta məktəbin komandası isə III yerə layiq görülüb.

Qalib və mükafatçı komandalar Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla təltif olunublar.

Turnirin təşkilində əsas məqsəd həndbol idman növünün inkişafına dəstək göstərmək, bölgədə onun kütləviliyini artırmaq, yeniyetmələr arasında sağlam həyat tərzini təbliğ etmək və idmana marağı daha da yüksəltməkdir.

Eyni zamanda, yarış yeniyetmələrin təcrübə toplaması, yarış praktikasının artırılması, gələcək turnirlərə hazırlıq səviyyəsinin yüksəldilməsi, eləcə də iştirakçılar arasında dostluq və qarşılıqlı əməkdaşlıq münasibətlərinin yaratması baxımından mühüm əhəmiyyət kəsb edib.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR