Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib

 Uşaqlar arasında əyləncəli idman yarışı keçirilib

Olimpiya dünyası

Bugün, 15:37

Astara Yaşayış Kompleksində yerləşən Astara rayon 3 saylı uşaq bağçasında Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə uşaqlar arasında əyləncəli idman yarışı təşkil olunub.

Olimpnews.az xəbər verir ki, Uşaqlar müxtəlif əyləncəli idman oyunlarında iştirak edərək həm sağlam rəqabət aparıb, həm də maraqlı və yaddaqalan vaxt keçiriblər. 

Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin sağlam həyat tərzinin təbliği, onların idmana marağının erkən yaşlardan formalaşdırılması, fiziki fəallığının artırılması, komanda ruhunun və əməkdaşlıq bacarıqlarının inkişaf etdirilməsi olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR