Olimpiya mükafatına həsrət qalan 76 ölkə ​

Olimpiya mükafatına həsrət qalan 76 ölkə ​

Tokio-2020 Yay Olimpiya Oyunları başa çatdıqdan sonra tarixi uğursuzların siyahısı açıqlanıb. Siyahıda ​ Yay və Qış Olimpiya Oyunlarında heç vaxt medal qazanmayan yığmalar bir araya toplanıb.

Belə komandaların sayı 76-ya bərabərdir. Onlardan 68-i müxtəlif ölkələrin Milli Olimpiya Komitəsini təmsil edir.

Yeddi yığma müxtəlif illərdə Olimpiadaya qatılan, lakin hazırda ayrıca ölkə kimi Beynəlxalq Olimpiya Komitəsi üzvü olmayanlardır. Burada Cənubi Koreya ilə KXDR-in birləşmiş Koreya komandası, Çinlə Tayvanı özündə birləşdirən Çin Respublikası kimi komandalar var. Həmçinin qaçqınlar yığması da burada yer alıb.

Monako rekord - 31, Andorra isə 24 dəfə Olimpiadaya qoşulsa da, medal həsrətinə son qoya bilməyib. Boliviyada 21, Maltada 19 yarışlıq medalsızlıq var.​