Paralimpiyaçılarımız günü 2 medalla başa vurdular

Paralimpiyaçılarımız günü 2 medalla başa vurdular

Yaponiyanın paytaxtı Tokioda keçirilən XVI Yay Paralimpiya Oyunları davam edir. Oyunların yeddinci günündə Azərbaycanın 6 paralimpiyaçısı mübarizəyə qoşulub. Qadınların 10 metr məsafəyə güllə atma yarışında Yelena Taranova , kişilərdə isə Kamran Zeynalov təsnifat mərhələsində mübarizəni dayandırıb.
100 metr məsafəyə sərbəst üsulla üzmədə Roman Saley fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal əldə edib.
Yelena Çebanu, Yuliya Yanovskaya və Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda çıxış edib. 11.99 saniyəlik nəticə göstərən Vəliyeva Azərbaycana ilk gümüş medalı qazandırıb. İvanovskaya yarışı 4-cü, Çebanu isə 7-ci pillədə başa vurub.
Qeyd edək ki, hazırda aktivində 10 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 10-cu pillədə yer alıb.
 

Paralimpiyaçılarımız günü 2 medalla başa vurdular Paralimpiyaçılarımız günü 2 medalla başa vurdular Paralimpiyaçılarımız günü 2 medalla başa vurdular Paralimpiyaçılarımız günü 2 medalla başa vurdular Paralimpiyaçılarımız günü 2 medalla başa vurdular