Euro-2024: rəqiblər Frankfurtda müəyyənləşəcək

Euro-2024: rəqiblər Frankfurtda müəyyənləşəcək

​Oktyabrın 9-da Almaniyanın Frankfurt şəhərində futbol üzrə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Püşkatmanın nəticələrinə görə, 54 milli komanda qruplara bölünəcək. Yığmalar final mərhələsinə 23 vəsiqə uğrunda mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatı Almaniyada təşkil olunacaq. Matçlar Berlin, Köln, Dortmund, Düsseldorf, Frankfurt, Gelzenkirhen, Hamburq, Leyptsiq, Münhen və Ştutqart şəhərlərində keçiriləcək.
Almaniya daha əvvəl 1988-ci ildə qitə çempionatına ev sahibliyi edib. Həmçinin 1974 və 2006-cı il dünya çempionatları də bu ölkədə təşkil olunub.