DÇ-2022: bu gün Avropada 22 yığma komanda yarışacaq

DÇ-2022: bu gün Avropada 22 yığma komanda yarışacaq

Bu gün 2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsində VII tura start veriləcək.

ilk oyun günü üçün E, G, H və J qruplarında ümumilikdə 11 qarşılaşma nəzərdə tutulub.

E qrupunda Estoniya millisi Belarus, Çexiya yığması Uels kollektivi ilə üz-üzə gələcək.

G qrupunda Türkiyə millisi yeni baş məşqçisi Ştefan Kuntsun rəhbərliyi altında ilk oyununa çıxacaq. "Ay-ulduzlular" "Şükrü Saracoğlu" stadionunda Norveç yığmasını sınağa çəkəcək. Bu qrupun digər matçlarında Monteneqro Cəbəllütariqin, Niderland isə Latviyanın müqavimətini yoxlayacaq.

H qrupunda Malta Sloveniya ilə, Kipr Xorvatiya ilə, Rusiya isə Slovakiya  millisi ilə qarşılaşacaq.

J qrupunda da 3 oyun keçiriləcək. Almaniya millisi doğma azarkeşlər önündə Rumıniya ilə üz-üzə gələcək.

 

DÇ-2022, seçmə mərhələ
 

VII tur
 

8 oktyabr

 

E qrupu

 

22:45. Estoniya - Belarus

22:45. Çexiya - Uels

 

G qrupu

 

22:45. Cəbəllütariq - Monteneqro

22:45. Latviya - Niderland

22:45. Türkiyə - Norveç

 

H qrupu

 

22:45. Malta - Sloveniya

22:45. Kipr - Xorvatiya

22:45. Rusiya - Slovakiya

 

J qrupu

 

22:45. Lixtenşteyn - Şimali Makedoniya

22:45. İslandiya - Ermənistan

22:45. Almaniya - Rumıniya

DÇ-2022: bu gün Avropada 22 yığma komanda yarışacaq