Mahir Emreli koronavirusa yoluxdu

Mahir Emreli koronavirusa yoluxdu

Futbol üzrə Azərbaycan millisi Serbiyaya qarşı keçirəcəyi dünya çempionatının seçmə oyunundan əvvəl itki ilə üzləşib. AFFA-nın rəsmi saytında yer alan xəbərə görə, yığmamızın üzvü Mahir Emrelinin koronavirus testi pozitiv çıxıb. UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq, 24 yaşlı hücumçu koronavirusa yoluxduğu üçün Serbiya ilə qarşılaşmada iştirak etməyəcək.

Qeyd edək ki, bu gün Belqradda keçiriləcək Serbiya-Azərbaycan görüşü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.