Premyer Liqada yeni qalmaqal

Premyer Liqada yeni qalmaqal

İngiltərə Premyer Liqasında çıxış edən futbolçulara kütləvi şəkildə saxta koronavirus peyvəndi sertifikatları təklif edilir. 4 klub fırıldaqçıların 1,86 milyon avro müqabilində oyunçularla əlaqə saxladığını təsdiqləyib. İdmançıların bunu qəbul edib-etmədiyi hələlik bəlli deyil. Bir sıra klub rəsmiləri futbolçuların onları məsələ ilə bağlı məlumatlandırdığını söyləyib. Qeyd edək ki, Premyer Liqa rəhbərliyi ötən həftə oyunçuların 68 faizinin tam peyvənd olunduğunu, 81 faizinin isə birinci dozanı qəbul etdiyini açıqlayıb.