Cokoviç "Roland Garros"dan da kənarda qalacaq?

Cokoviç "Roland Garros"dan da kənarda qalacaq?

Serbiyalı tennisçi Novak Cokoviç "Australian Open"dən sonra daha bir nüfuzlu turnir olan "Roland Garros"da da iştirak etməyə bilər. Buna səbəb dünyanın bir nömrəli tennisçisinin koronavirus əleyhinə peyvənddən imtina etməsi göstərilir. Belə ki, Fransa höhuməti yarışda iştirak edən idmançılardan peyvənd sertifikatı tələb edir.
Qeyd edək ki, "Rolan Qarros" turniri mayın 16-dan iyunun 5-dək keçiriləcək.