Güllə atıcımızdan ardıcıl ikinci uğur

Güllə atıcımızdan ardıcıl ikinci uğur

Xorvatiyanın Osijek şəhərində keçirilən ISSF Qran-Pri yarışında Azərbaycan atıcısı Ruslan Lunyov uğurla çıxış edib. İdmançımız 10 metr məsafəyə pnevmatik tapançadan atəşaçma yarışında gümüş medala sahib çıxıb.
Xatırladaq ki, bu medal R.Lunyovun son bir həftədə qazandığı ikinci medaldır. Belə ki, atıcımız yanvarın 15-də Sloveniyanın Ruşe şəhərində keçirilən ISSF Qran-Pri yarışında qızıl medala layiq görülmüşdü.