Bu gün 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnirə start veriləcək

Bu gün 20 Yanvar şəhidlərinin xatirəsinə beynəlxalq turnirə start veriləcək

Bu gün Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 6-cı "Arpachay Open" beynəlxalq karate turniri start götürəcək. Azərbaycan Milli Karate Federasiyası və "Arpaçay" karate klubunun birgə təşkilatçılığı ilə keçiriləcək ənənəvi yarışda ölkənin 30-dək klubunu təmsil edən 550-dək idmançısı imübarizə aparacaq. Xatirə turniri uşaq, yeniyetmə və 21 yaşadək gənclər arasında 7 yaş dərəcəsi üzrə təşkil olunacaq.
Bu gün turnirdə 6-7, 8-9 və 10-11 yaşlı idmançılar qüvəsini sınayacaq. Sabah - turnirin sonuncu günündə isə 12-13 yaşlı uşaqlar, eləcə də 14-15 yaşlı yeniyetmələr, 16-18 və 21 yaşadək gənclər arasında qaliblər müəyyənləşəcək.